“Uşaq Pulu İlə Yanaşı, Gənc Ailələrin Mənzil Problemi Də Həll Olunmalıdır” ARTIQ PLAN HAZIRDR

20.10.2026

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev gənc ailələrin sosial müdafiəsi, uşaq pulu məsələsi və mənzil problemləri ilə bağlı vacib açıqlamalar verib.

ELAZ.INFO xəbər verir ki, millət vəkili uşaq pulunun verilməsinin vacibliyini vurğulamaqla yanaşı, bu məsələyə və gənc ailələrin sosial rifahına kompleks yanaşılmalı olduğunu bildirib. Razi Nurullayev uşaqların sağlam böyüməsi üçün dövlət dəstəyinin vacibliyini diqqətə çatdırıb:

“İnsanlar uşaq pulu tələb edir. Yəni bir uşağa 100 manat versən də, 200 manat versən də onu həll edə bilməyəcək. O valideyn yenə çətin vəziyyətdə qalacaq. O 200 manatdan da daha çox verilməlidir, belə olmamalıdır. O uşaq pulu verilsin, nə məbləğ verəcəksə dövlət versin. Amma bununla yanaşı uşağın baxımı, qidalanması, deyək ki, 3 yaşınadək qidalanması dövlət tərəfindən böyük bir hissəsi qarşılanmalıdır. Çünki o vitamin yeməlidir, müəyyən yaxşı uşaq yeməklərilə qidalanmalıdır ki, beyni daha yaxşı işləsin, daha sağlam böyüsün. Onun bütünlükdə müalicəsi, baxımı təmin olunmalıdır.”

MCP lideri kirayə mənzil bazarındakı qiymət artımına və ailələrdə yaşanan sosial gərginliklərə toxunub: “Gənc ailə qurandan sonra onun mənzil təminatı ilə bağlı ciddi addım atılmalıdır. Bu gün bir çox ailələrdə uşağı dünyaya gətirdim, mənə 1000 manat, 5000 manat verdi, onu xərcləyəndən sonra uşağına yenə çətin vəziyyətdə qalır. Ona görə də bir çoxu hələ də uşaq dünyaya gətirmək istəmir, gözləyir ki, ev təminatını həll etsin. Çünki mənzil bazarında da kirayələr çox qalxıb. Sadə, orta əməkhaqqı alan insanlar kirayə haqqını ödəyə bilmir və ona görə də onlar daha çox əlçatan ipoteka şərtləri ilə ev ala bilməlidir. Mənzil təminatı yaradıla bilmədiyinə görə bir ailədən üç ailə çıxır, üçü də bir yerdə yaşayır. O ailədə hüzur da olmur, daima dava-dalaş, daima narazılıq olur…” Parlamentari hazırladığı qanunvericilik təşəbbüsünün əhəmiyyətini önə çəkərək fikirlərini yekunlaşdırıb:

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁29