Yeni Səhiyyə Naziri Anar Bayramov Kollektivə Təqdim Olunub

20.10.2026

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin olunmuş Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim edilib.

ELAZ.INFO xəbər verir ki, yeni təyin olunmuş naziri kollektivə Baş nazirin müavini Teymur Musayev Təqdimat mərasimində çıxış edən Baş nazirin müavini Teymur Musayev səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb. O, qarşıya qoyulan strateji hədəflərə nail olunması üçün mövcud imkan və resursların tam səfərbər edilməsinin önəmini diqqətə çatdırıb. Teymur Musayev, həmçinin qarşıya qoyulan məsuliyyətli vəzifələrin icrasında yeni təyin olunmuş səhiyyə naziri Anar Bayramova və nazirliyin bütün kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁21