Ölkəmizdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin beşinci günü davam edir.
ELAZ.İNFO xəbər verir ki, 22 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Zülfiyyə Yusifova sertifikasiya imtahanından yüksək nəticə göstərib.
Məlumat üçün bildirək ki, Zülfiyyə Yusifova tarix fənni üzrə imtahandan 59 bal toplayaraq liderlik edir.
İmtahandan sevinərək çıxan Zülfiyyə Yusifova deyib ki, “Sertifikasiya imtahanı üçün yanvar ayından test qruplarına qoşulmuşdum. Ancaq özüm də mütəmadi olaraq hazırlaşırdım”.
Günel GÜNTAC
