Nəqliyyat vasitələrində quraşdırılan qeyri-standart və normadan artıq parlaq işıq cihazları həm sürücülər, həm də piyadalar üçün ciddi risk mənbəyinə çevrilməkdədir.
ELAZ.İNFO xəbər verir ki, avtomobillərdə quraşdırılan standartdankənar işıqlandırma sistemləri yollarda qəza şəraitini birbaşa stimullaşdıran amillərdən biridir. İndi avtomobilinə daha parlaq işıq quraşdırmaqla daha yaxşı gördüyünü düşünən sürücülər bir məqama diqqət etsinlər ki, bu “parlaqlıq” qarşıdan gələn digər sürücülərin görmə qabiliyyətini anlıq olaraq tamamilə məhdudlaşdıra bilər.
Mütəxəssislər xəbərdar edir ki, qeyri-standart işıqlar piyadaların vaxtında fərq edilməsini çətinləşdirir və bu da ağır yol-nəqliyyat hadisələrinə zəmin yaradır. Özünüzün və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün nəqliyyat vasitələrində yalnız istehsalçı tərəfindən müəyyən edilmiş standartlara uyğun işıq cihazlarından istifadə olunması mütləqdir. Unutmayın ki, yollarda təhlükəsizlik qaydalarına riayət etmək hər bir sürücünün həm hüquqi, həm də mənəvi borcudur.
Ruslan Məmmədov