Spirit Airlines özünü bankrot elan etdi

-“İran atəşkəsdən istifadə edərək sürətlə dağıdılmış strateji infrastrukrunu bərpa edir. Məsələn, ABŞ 7 apreldə raket zərbəsi ilə darmadağın etdiyi strateji körpünü İran 3 gün sonra 10 apreldə istismara verdi. İnsanlar gecə-gündüz işləyərək, giriş-çıxışları dağıdılmış bunkerləri bərpa edir, yeni yollar çəkir, raket buraxılış qurğuları üçün ABŞ raketlərinin çata bilməyəcəyi ucqarlarda yeni bunkerlər düzəldirlər”.

ELAZ.İNFO-ya danışan politoloq Asif Şəfəqqətov fikrinə davam edərək deyir ki, “İndiki vəziyyətə dözüm müharibəsi də demək olar. Hər tərəf ümid edir ki, digər tərəf daha tez dözümsüzlük göstərəcək.

ABŞ müharibə yolu ilə İrana qalib gələ bilməyəcəyini görüb, “Epik qəzəb” (Epic Fury) əməliyyatını “İqtisadi qəzəb” (Economic Fury) əməliyyatı ilə əvəz edib. İranı dəniz blokadasında saxlamaqla, ora gedən və oradan çıxan gəmiləri geri qaytarır. Bununla İranın neft və neft məhsulları satmasının, pul qazanmasının, ölkəyə ərzaq və məişət mallarının, həmçinin hərbi istehsal üçün tələb olunan ehtiyat hissələrinin gətirilməsinin qarşısını alır. Maliyyə Nazirliyi bütün dünya ölkələrinə, həmçinin Körfəz ölkələrinə və Çinə məktublar göndərərək, İran hesablarını bağlamağı tələb edib. İranla bağlı bütün maliyyə, o cümlədən kriptovalyuta əməliyyatlarını izləyir və bunu edənlərə qarşı sanksiyalar tətbiq edir. Məqsəd İranı iqtisadi yolla diz çökdürməkdir – onların hesabı ilə bu yolla ya İran hakimiyyəti ABŞ-ın tələblərini qəbul edəcək, ya da ölkədə yenidən iğtişaşlar baş qaldıracaq (bu halda isə ABŞ-ın regiona topladığı hərbi kontingenti “köməyə” gələcək)”.

Politoloq bildirir ki, “İran ümid edir ki, ABŞ daha tez geri çəkiləcək. İranın Hörmüz boğazından neft-qaz gəmilərini buraxmaması dünya bazarlarında neft qiymətlərinin qaldırır. Bu da seçki ilində ABŞ əhalisinin hakimiyyətdən kəskin narazılığına səbəb olur. ABŞ-da, demək olar ki, hamının avtomobili var. Yanacaq qiymətlərinin qalxması hər kəsin cibinə zərbə vurur. Üstəlik yanacağın qiymətinin artması bütün istehlak mallarının qiymətinin də qalxmasına səbəb olur və inflyasiya artır. Boğazın bağlanması həmçinin qlobal gübrə təchizatına da güclü zərbə vurub – qlobal gübrə istehsalının 30%-i Körfəz ölkələrinin payına düşür. Bu isə gübrələrin qiymətlərinin kəskin qalxmasına, bunun da nəticəsində ərzaq məhsullarının bahalaşmasına səbəb olur. Yanacağın bahalaşması səbəbindən dünən ABŞ-ın 7-ci böyük aviaşirkəti Spirit Airlines özünü bankrot elan etdi (Tramp onu xilas etmək istəyirdi, bacarmadı). Digər aviaşirkətlərin də vəziyyəti pisdir”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights