-“İranla ABŞ arasında indiki münasibəti belə adlandırmaq olar. İran ABŞ-la Pakistan vasitəsilə danışıqlar aparır. Əslində buna danışıqlar yox, vaxt öldürmək demək olar. Tərəflərin hər hansı razılığa gəlməsi mümkün görünmür, çünki tərəflər sülhə gəlmək barədə yox, qalib görünmək barədə düşünürlər”.
ELAZ.İNFO xəbər verir ki, bu fikirlər politoloq Asif Şəfəqqətova məxsusdur. A. Şəfəqqətov bildirir ki, “Tərəflər elə tələblər irəli sürürlər ki, digər tərəfin onları qəbul etməsi məğlubiyyətini etiraf etməsinə bərabərdir. ABŞ-ın İrandan əsas tələbləri bunlardır:
-Hörmüz boğazı əvvəlki statusuna qaytarılsın;
-zənginləşdirilmiş uranı ABŞ-a təhvil versin;
-nüvə proqramını tam ləğv etsin;
-raket proqramını məhdudlaşdırsın;
-“proksi qüvvələrini” dəstəkləməsin.
İranın isə ABŞ-dan əsas tələbləri isə bunlardır:
-növbəti təcavüzün baş verməyəcəyinə təminat versin;
-qoşunlarını İranın ətraf ölkələindən çıxartsın;
-İranın həbs edilmiş aktivlərini (~$27 mlrd) qaytarsın;
-İrana vurduğu ziyana görə təzminat ödəsin;
-İrana qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etsin;
-Yaxın Şərqdə, o cümlədən Livanda sülhü təmin etsin;
-Hörmüz boğazının yeni statusunu tanısın;
-İranın uranı zənginləşdirmə proqramını tanısın.
Bu səbəbdən Pakistan mənasız yerə tərəflər arasında poçtalyonluq edir. Belə vəziyyət hələlik hər iki tərəfə sərf edir. ABŞ mediaməkanı “hədə-qorxularla” doldurmaqla uduzduğu müharibədə özünü üstün tərəf kimi göstərir, eyni zamanda Körfəz ətrafında hərbi qüvvələrini artırır, sursat istehsalını intensivləşdirir”.
İlahə BAYINDIR
