Silahları təhvil verin

17.04.2026 Müəllif: İlahə BAYINDIR Şərh: 0

Qanunsuz silah: gizli təhlükə, qaçılmaz məsuliyyətdir. Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan silahları aşkar edib.

ELAZ.İNFO Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevin verdiyi xəbərə istinadən bildirir ki, aprelin 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 19 avtomat silahı, 1 tapança, 7 tüfəng, 6 patron darağı və 17 ədəd patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bizi izləyin və paylaşın
👁 0
İlahə BAYINDIR