ELAZ.İNFO xəbər verir ki, 15 aprel tarixində filologiya üzrə fəlsəfə doktoru, dosent, görkəmli alim Cəlal Allahverdiyevin “İrəvanda Azərbaycan təhsil tarixi” adlı monoqrafiyasının təqdimatı keçirilib.
536 səhifəlik monoqrafiya qədim İrəvan mahalında təhsil sisteminin formalaşması və inkişaf mərhələlərini ilk dəfə sistemli şəkildə araşdırır. Müəllif bu əsərdə Ümumtürk mədəni sisteminin ayrılmaz hissəsi olan bölgədə məscid məktəbləri, mədrəsələr və rus-Azərbaycan məktəblərinin yaranması və inkişafını ilk dəfə olaraq sistemli şəkildə elmi dövriyyəyə daxil edib. Araşdırma arxiv sənədləri əsasında sübut edir ki, Qərbi Azərbaycanda təhsil sistemi əsrlər boyu xalq pedaqogikasına və islam mənəviyyatına söykənərək milli varlığın qorunmasında mühüm rol oynayıb.

İradə RZAZADƏ
