Azərbaycanın zəngin maddi-mədəni irsində milli geyimlər və xüsusilə baş geyimləri hər bir bölgənin tarixi keçmişini, coğrafi şəraitini və yerli əhalinin həyat tərzini əks etdirən mühüm elementlərdəndir. Əsrlər boyu formalaşan papaqçılıq sənəti, sənətkarların gərgin əməyi və özünəməxsus üsulları sayəsində regional brendlərin yaranmasına zəmin hazırlayıb. Bu baxımdan, öz qədimliyi və sənət məktəbi ilə seçilən şimal-qərb bölgəmizin geyim mədəniyyətində fərqli bir nümunə xüsusi yer tutur.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın qədim sənətkarlıq mərkəzlərindən olan Şəki bölgəsinə məxsus milli baş geyimləri arasında “Daqqa papaq” özünəməxsus yeri və fərqli forması ilə tanınır. Bu unikal papaq növü əsasən Şəki mühitində geniş yayılmışdır və geyim mədəniyyətində xüsusi bir regional üslubu təmsil edir.
“Daqqa papaq” öz adını yerli dildə onun spesifik fiziki xüsusiyyətini ifadə edən sərt quruluşuna görə almışdır. Papağın formasının dik və möhkəm qalması, onun tikilməsində istifadə olunan xüsusi sənətkarlıq texnologiyasından və seçilən materiallardan asılıdır. Yerli dərzi və papaqçı ustaların yüksək sənətkarlığını, əl qabiliyyətini parlaq şəkildə əks etdirən bu ənənəvi papaq nümunəsi, həm də şkililərin estetik zövqünün və geyim bəzəyinin göstəricisidir.
Günümüzdə bu cür regional geyim elementlərinin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsi, xalq sənətkarlığının unudulmaması və milli kimliyimizin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Ruslan MƏMMƏDOV


