Sahil Bölgəsində İri İnfrastruktur Layihələrinə Start Verilib


Tarixən milli resursların bölgüsündə fərqliliklər və qeyri-bərabər inkişaf problemləri ilə üzləşən Kenya Sahil bölgəsində mövcud fərqləri aradan qaldırmaq və regionun ədalətli inkişaf payını almasını təmin etmək məqsədilə iri layihələrin icrasına başlanılıb.
ELAZ.İNFO xəbər verir ki, regionun nəqliyyat və ticarət infrastrukturunu köklü şəkildə dəyişəcək yeni layihələrin təməli qoyulub və tikinti işlərinə baxış keçirilib.
Təməli qoyulan 1,5 milyard Kenya şillinqi (KSh) dəyərindəki Maungu–Kasighau yolu və start verilən 2,4 milyard KSh dəyərindəki Voi–Sagalla yolu regionda gediş-gəlişi asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatı və ticarət əlaqələrini dəstəkləyəcək. amamlanmaq üzrə olan Maungu Müasir Bazarı yerli sahibkarlar və ticarətçilər üçün müasir şərait yaradaraq regionda kiçik və orta biznesin inkişafına təkan verəcək. Həyata keçirilən layihələr Sahil regionunun sosial-iqtisadi inkişafını sürətləndirmək və tarixi resurs uyğunsuzluqlarını aradan qaldırmaq strategiyasının mühüm tərkib hissəsidir.
Ruslan MƏMMƏDOV





