Bakıda faciə: 64 yaşlı kişi aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib

ELAZ.İNFO xəbər verir ki, paytaxt Bakıda baş verən hadisə ölümlə nəticələnib. Xəzər rayonunda yaşayan 64 yaşlı kişi aldığı ağır yanıq xəsarətlərindən sonra xəstəxanada vəfat edib.
Məlumata görə, Binə qəsəbə sakini, 1962-ci il təvəllüdlü Xanəli İsmayılov termiki yanıq xəsarətləri alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı şəraitdə baş verdiyi barədə ətraflı məlumat açıqlanmayıb. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
İslam MAHMUDOV
100




