“Biz Avropa İlə Müharibəyə Hazırlaşmırıq, Bu Tamamilə Sayıqlamadır”


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Avropanın bir sıra siyasi dairələrinin Moskvadan gözlənilən hərbi təhlükə ilə bağlı bəyanatlarına münasibət bildirərək, bu cür iddiaların tamamilə əsassız olduğunu vurğulayıb.
ELAZ.İNFO xəbər verir ki, Rusiya dövlət başçısı Avropa ölkələri ilə hərbi qarşıdurmaya hazırlaşmadıqlarını və vəziyyəti gərginləşdirmək üçün heç bir real səbəb və ya motivlərinin olmadığını bəyan edib. Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır. Moskvanın Avropa ilə münasibətləri kəskinləşdirmək üçün nə planı, nə səbəbi, nə də hər hansı real motivi var. Avropadakı müəyyən təcavüzkar dairələrin vəziyyəti gərginləşdirmək cəhdlərinin yeganə izahı Ukraynanı və Ukrayna xalqını “top yemi” və Rusiyaya qarşı bir alət kimi istifadə etməyə davam etmək istəyidir.
Qərb siyasi dairələri bu addımlarla Rusiyanın gələcək tərəqqisinin qarşısını almağa, onun inkişafını ləngitməyə çalışırlar. Bu aqressiv siyasətə sərmayə qoyuluşunu öz vətəndaşlarına əsaslandırmaq üçün Avropa ictimaiyyətinə Rusiyanın kiməsə hücum etməyə hazırlaşdığı ideyası aşılanır ki, bu da tamamilə cəfəngiyyatdır.
Ruslan MƏMMƏDOV





