Tarixi An: Papa XIV Leonun Ziyarəti Üçün Müqəddəs Stefan Kafedralı Bəzədilib

29.09.2026

Avropanın dini və tarixi mərkəzlərindən biri olan Müqəddəs Stefan kafedralı Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonu qəbul etmək üçün özünün en möhtəşəm görkəminə bürünüb.

ELAZ.İNFO xəbər verir ki, Papa XIV Leonun bugünkü tarixi ziyarəti ilə əlaqədar olaraq kafedralda xüsusi hazırlıq işləri tamamlanıb və məbəd öz əzəmətli libasında ziyarətçilərin və din xadimlərinin ixtiyarına verilib. Müqəddəs Stefan kafedralı yüksək səviyyəli dini səfəri qarşılamaq üçün xüsusi daxili və xarici tərtibatla bəzədilib, məbəddə həyəcanlı və təntənəli anlar yaşanır. Papa XIV Leonun məbədə gəlişi həm kilsə icması, həm də bölgənin dini-mədəni həyatı üçün müstəsna əhəmiyyət kəsb edən mühüm hadisə kimi qiymətləndirilir. Yüksək səviyyəli bu ziyarətin sülh, mənəviyyat və icmalararası həmrəylik mesajları baxımından böyük rəmzi məna daşıdığı bildirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁17