Elşad Xosenin həbs olunduğu bildirilir

ELAZ.İNFO xəbər verir ki,reper Elşad Əliyev həbs olunub.

O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Buna səbəb kimi onun Yasamal rayonu ərazisində “nalayiq ifadələr işlətməsi” göstərilir.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights