“Qarabağ” -“Vestri” oyununun biletləri sabahdan satışda olacaq!

“Qarabağ” -“Vestri” oyununun biletləri sabahdan satışda olacaq

ELAZ.İNFO xəbər verir ki, “Qarabağ” -“Vestri” oyununun biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” “Vestri” qarşılaşmasının biletləri 3 iyul, saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 AZN, VIP sektorlar: 50, 75 və 100 AZN, VVIP sektorlar: 150 AZN civarında olacaq.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın