Rusiya Nəqliyyat Nazirliyi 1 sentyabr 2026-cı il tarixindən itibaren ölkənin nəqliyyat qanunvericiliyində qüvvəyə minəcək yeniliklər barədə məlumat yayıb.
ELAZ.İNFO xəbər verir ki, yeni qaydalara əsasən, sərnişin daşımaları və əlilliyi olan şəxslərə xidmət sahəsində bir sıra rahatlıqlar tətbiq olunacaq: Elektrik qatarlarına (prigorod qatarları) alınan biletləri artıq kassaya yaxınlaşmadan, birbaşa internet üzərindən qaytarmaq mümkün olacaq. Uzaq məsafəli qatarların sərnişinlərinə hərəkət cədvəlinin dəyişməsi kimi səfər şərtlərindəki yeniliklər barədə məcburi qaydada xəbərdarlıq ediləcək. Qatarlarda əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş xüsusi yerlər ilk növbədə əlil arabalarından istifadə edən şəxslərə təqdim olunacaq. Hava limanlarında və təyyarə göyərtəsində məhdud hərəkətli sərnişinlərə xidmət göstərilməsi – fiziki şəraitlə yanaşı, səfərin bütün mərhələlərində müşayiət olunma və köməklik göstərilməsi tələbləri rəsmiləşdirilib. Mülki pilotsuz uçuş aparatlarının (PUA) xarici pilotlarının sağlamlıq vəziyyətinə dair tələblər yumşaldılıb. Nazirlikdən bildirilib ki, bu addım PUA idarəetmə təcrübəsi olan Xüsusi Hərbi Əməliyyat (XHƏ) veteranlarının məşğulluğu üçün əlavə imkanlar yaradacaq. ctimai nəqliyyatda güzəştli gediş hüququnu artıq “Maks” mesencer vasitəsilə təsdiqləmək mümkün olacaq ki, bu da yoxlama prosesini daha da sadələşdirəcək.
Ruslan MƏMMƏDOV


