Qanunsuz silahlar aşkarlanaraq götürüldü

25.04.2026 Müəllif: İlahə BAYINDIR Şərh: 0

Qanunsuz silahlar aşkarlanaraq götürüldü.

ELAZ.İNFO Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevin verdiyi xəbərə istinadən bildirir ki, aprelin 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 5 tüfəng, 3 patron darağı və 21 patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bizi izləyin və paylaşın
👁 0
İlahə BAYINDIR