Şimali Atlantik Alyansının strateji kadr hazırlığı mərkəzində növbəti məzuniyyət mərasimi keçirilib.
ELAZ.İNFO xəbər verir ki, NATO Müdafiə Kolleci “Senior Course 148” (Böyük Kurs) proqramının yekunlaşması münasibətilə təntənəli mərasim təşkil edib.
Proqramı NATO-ya üzv və tərəfdaş olan 34 ölkədən 80 yüksək rütbəli hərbi və mülki şəxs uğurla başa vurub. Təlimlər 6 ay müddətində intensiv təhsil və strateji əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Gələcəyin NATO liderlərinin hazırlanması
Kollecin əsas flaqman proqramı hesab edilən “Senior Course” gələcək liderlərin strateji təfəkkürünü inkişaf etdirmək, konsensusun əldə olunması vərdişlərini gücləndirmək və onları Alyansın dəyişən təhlükəsizlik çağırışlarına qarşı hazırlamaq məqsədi daşıyır.
Qeyd edək ki, buillik buraxılış mərasimi Kollec üçün əlamətdar bir dövrə təsadüf edir. Belə ki, bu il NATO Müdafiə Kollecinin yaradılmasının 75-ci ildönümü və müəssisənin Romaya köçürülməsinin 60 illiyi qeyd olunur.
Ruslan Məmmədov


