Yəmən Qırmızı dənizdə Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edib


​Yaxın Şərqdə gərginliyi artıran növbəti addım atılıb.


​ELAZ.İNFO xəbər verir ki, Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiyini bəyan edib.
​Məlumata görə, bu addım Səudiyyə Ərəbistanının illərdir Yəmənə qarşı tətbiq etdiyi uçuş blokadasına və aparılan hərbi əməliyyatlara cavab olaraq həyata keçirilir. Elan olunan blokada nəticəsində Bab əl-Məndəb boğazı vasitəsilə Səudiyyə Ərəbistanının neft ixracının dayandırıldığı bildirilir.
​Qeyd olunur ki, Yəmən əhalisi silahlı qüvvələrin Səudiyyə Ərəbistanına qarşı tətbiq etdiyi dəniz blokadası qərarını sevinclə qarşılayıb.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın