“Mercedes” aşdı, sürücü öldü

24.04.2026 Müəllif: İlahə BAYINDIR Şərh: 0

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yol nəqliyyat hadisəsi qeydə alınıb.

ELAZ.İNFO xəbər verir ki, qəsəbənin Şirvan körpüsü istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobil hərəkət zolağından çıxaraq aşıb.

Avtomobilin sürücüsü Zahir Qurban oğlu Gülməmmədov qəza nəticəsində dünyasını dəyişib.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁0
İlahə BAYINDIR