Milli Cəbhə Partiyasının (MCP) Salyan rayon təşkilatı, iki böyük tarixi və mənəvi bayramımız – şanlı 28 May – Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə ELAZ.İNFO redaksiyasına rəsmi təbrik və təşəkkür məktubu ünvanlayıb.
Partiya başqanı, millət vəkili Razi Nurullayevin rəhbərliyi ilə fəaliyyət göstərən təşkilatın redaksiyamıza göndərdiyi rəsmi mətndə həm xalqımıza ünvanlanan bayram təbrikləri yer alıb, həm də regional medianın inkişafındakı səmərəli əməkdaşlığa görə kollektivimizə xüsusi təşəkkür ifadə olunub.
Redaksiyamıza ünvanlanan təbrik məktubunda qeyd olunur:
“Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifəsi olan 28 May – Müstəqillik Günü və mənəvi birliyimizin, fədakarlığımızın rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə, Milli Cəbhə Partiyası Salyan rayon təşkilatı adından və şəxsən partiyamızın başqanı Razi Nurullayevin səmimi salamları ilə bütün xalqımızı, doğma Salyan sakinlərini və ELAZ.İNFO ailəsini ürəkdən təbrik edirik.
Bu əlamətdar günlərdə, ilk növbədə, müstəqilliyimizin və suverenliyimizin sarsılmaz dayağı olan Şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərini uca ehtiramla salamlayır, onlara vətən keşiyində möhkəm cansağlığı və sarsılmaz iradə arzulayırıq. Vətən naminə canından keçən şəhidlərimizi rəhmətlə anır, qazilərimizə şəfalar diləyirik. Kəsilən qurbanların və edilən duaların Uca Allah dərgahında qəbul olmasını, ölkəmizə sülh, firavanlıq və bol ruzi-bərəkət gətirməsini arzu edirik.
Eyni zamanda, regional müstəvidə ictimaiyyətin dürüst, obyektiv və operativ məlumatlandırılması istiqamətində göstərdiyi peşəkar fəaliyyətə, həmçinin partiyamızın regional xəbərlərinə və fəaliyyətinə göstərdiyi media dəstəyinə görə ELAZ.İNFO xəbər portalının rəhbərliyinə və zəhmətkeş kollektivinə səmimi təşəkkürümüzü bildiririk.
İnformasiya cəbhəsində nümayiş etdirdiyiniz bu fədakarlıq və dövlətçilik prinsiplərinə sadiqlik hər cür təqdirəlayiqdir. İnanırıq ki, qurulmuş səmərəli və obyektiv media əməkdaşlığımız gələcəkdə də uğurla davam edəcəkdir. Yaradıcı kollektivinizə və geniş oxucu auditoriyanıza yeni-yeni uğurlar, tükənməz enerji və kəsərli qələm arzulayırıq. Bayramınız mübarək olsun!”
Hörmətlə, Ruslan MƏMMƏDOV MCP Salyan Rayon Təşkilatının Sədri
