Qızların Təhsili Cəmiyyətin Tərəqqisində Əsas Prioritetdir

23.10.2026

Gələcəyin güclü, bilikli və özünəgüvənən fərdlərinin yetişməsində qızların keyfiyyətli təhsilə əlçatanlığı müstəsna rol oynayır. Elm və təhsil sahəsində həyata keçirilən strategiyanın ana xəttini də məhz hər bir gənc qızın potensialını reallaşdırması üçün bərabər imkanların yaradılması təşkil edir.

ELAZ.INFO xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev qızların təhsili və onların cəmiyyətdəki rolu ilə bağlı diqqətçəkən fikirlər paylaşıb. Nazir qeyd edib ki, hər bir qızın keyfiyyətli təhsil alması, arzularına doğru inamla addımlaması üçün yaradılan imkanlar böyük əhəmiyyət daşıyır. Qızlarımızın bilikli, özünə güvənən fərdlər kimi yetişməsi təhsil siyasətimizin əsas prioritetlərindəndir. Emin Əmrullayev vurğulayıb ki, qızların təhsilinə verilən dəstək onların həyatında yeni imkanlar açmaqla yanaşı, ümumilikdə cəmiyyətimizin tərəqqisinə və rifahına xidmət edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁20