Respublikamızın hər bir guşəsində olduğu kimi, Şirvan şəhərində də İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi ali dəyərlərini özündə əks etdirən müqəddəs Qurban bayramı böyük coşqu ilə qeyd olunub.
ELAZ.İNFO xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən genişmiqyaslı Qurban aksiyası çərçivəsində bayram qurbanları kəsilib. Aksiya çərçivəsində hazırlanan bayram sovqatları Şirvan şəhərində yaşayan xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara ünvanlanıb. Qurban payları əvvəlcədən müəyyən edilmiş siyahı əsasında, sosial məsafə və rəsmi qaydalar qorunmaqla, tək-tək sahiblərinin ünvanlarına çatdırılıb. Bayram payı alan həssas qruplar arasında aşağıdakı kateqoriyalar yer alıb:
Şəhid ailələrinin üzvləri və müharibə əlilləri; Vətən müharibəsi veteranları; Çernobıl qəzası əlilləri və gözdən əlilliyi olan şəxslər; Şəhərdə fəaliyyət göstərən Rus icmasının üzvləri və aztəminatlı ailələr. Müqəddəs bayram günlərində dövlətin hərtərəfli diqqət və Qurban bayramı ərəfəsində onlara göstərilən bu sosial dəstəyə görə Şirvan sakinləri dərin minnətdarlıqlarını ifadə ediblər. Vətəndaşlar göstərilən ali qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.


Eyni zamanda xatırladırıq ki, bayram günlərində əhalinin rahatlığının təmin edilməsi və qida təhlükəsizliyi qaydalarına tam əməl olunması məqsədilə Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə xüsusi satış məntəqələri yaradılıb. Sakinlər şəhərin bu, ünvanlarında fəaliyyət göstərən rəsmi heyvan satışı yerlərinə müraciət edə bilərlər: Ş.Şükürov küçəsi Xəqani küçəsi, 38A M.Mirzəyev küçəsi Leytenant İbrahimov küçəsi
Ruslan MƏMMƏDOV


