Lerikdə 15 kiloqramdan çox narkotik aşkarlanıb


ELAZ.İNFO xəbər verir ki, Lerikdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı bir nəfər saxlanılıb.
Polisin keçirdiyi tədbir nəticəsində 30 yaşlı Murtuz Məmmədli müəyyən edilərək tutulub. Onun üzərindən 15 kiloqramdan artıq narkotik vasitə aşkarlandığı bildirilib.
İlkin araşdırmaya əsasən, saxlanılan şəxsin narkotikləri xaricdə yaşayan şəxsdən əldə etdiyi və müəyyən ünvanlara çatdırmaq barədə razılığa gəldiyi müəyyənləşdirilib.
Fakt üzrə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə şübhəli şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma davam etdirilir.
Günel GÜNTAC
19





