Bakıda 32 kiloqrama yaxın narkotiklə bağlı əməliyyat keçirilib

22.09.2026

ELAZ.İNFO xəbər verir ki, Bakının Nizami rayonunda keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb. Polis iki nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Saxlanılan şəxslər 33 yaşlı A.Aydınlı və 28 yaşlı H.Həsənovdur.

Onların üzərindən ümumilikdə 32 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Araşdırma zamanı məlum olub ki, şübhəli şəxslər maddələri sosial şəbəkələr vasitəsilə əlaqə saxladıqları xarici ölkə vətəndaşlarından əldə ediblər. Narkotiklərin Bakıda müxtəlif ünvanlara çatdırılması planlaşdırılıb.

Faktla bağlı araşdırma davam edir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁14
Teqlər: