Gəncədə iki nəfəri bıçaqlayan 17 yaşlı şəxs saxlanılıb

22.09.2026

ELAZ.İNFO xəbər verir ki, Gəncədə iki nəfərin bıçaq xəsarəti alması ilə nəticələnən hadisə ilə bağlı şübhəli şəxs tutulub.

Hadisə zamanı 1996-cı il təvəllüdlü E.Qurbanov və E.İbrahimov bıçaqla yaralanıblar.

Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı A.Həsənov saxlanılıb.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi və tərəflər arasında mübahisənin nədən qaynaqlandığı araşdırılır.

Faktla bağlı istintaq tədbirləri davam edir.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın
👁23
Teqlər: