Salyanda avtomobil piyadanı vurub öldürüb

22.09.2026

ELAZ.İNFO xəbər verir ki, Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin vurduğu piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə rayonun Alçalı kəndi ərazisində axşam saatlarında qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1956-cı il təvəllüdlü Nəcəf Hüseynovu “Audi” markalı avtomobil vurub.

Piyada qəza nəticəsində ağır xəsarətlər alıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri və sürücünün hadisədən əvvəlki hərəkətləri araşdırılır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁15
Teqlər: