İmişlidə faciə: Kənd sakini yanğında həyatını itirdi

İmişli rayonunda fərdi yaşayış evində baş verən dəhşətli yanğın hadisəsi insan tələfatı ilə nəticələnib, kənd sakini yanğın zamanı evdən çıxa bilməyərək faciəvi şəkildə dünyasını dəyişib.

ELAZ.İNFO xəbər verir ki, rayonun Qaralar kəndində Akif Abışova məxsus evdə qəfildən alovlanan yanğın qısa müddətdə bütün tikilini bürüyüb. Hadisə o qədər sürətlə baş verib ki, ev sahibi Akif Abışovu alovların içindən xilas etmək mümkün olmayıb və o, mənzillə bərabər yanaraq vəfat edib. İndi təhlükəsizlik qaydalarına laqeyd yanaşanlar bir məqama diqqət etsinlər ki, bir anlıq diqqətsizlik və ya texniki nasazlıq bütöv bir ailənin ocağını söndürə, doğmalarını əbədi itki ilə üz-üzə qoya bilir.

Milli Məclisin deputatı Razi Nurullayev hadisə baş verən yerə yollanaraq yanğın sahəsi ilə tanış olub və mərhumun ailəsini ziyarət edib. Deputat ailənin kədərinə şərik olduğunu bildirərək yaxınlarına dərin hüznlə başsağlığı verib. Yanğının başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir. Faciə kənd sakinləri və rayon ictimaiyyəti tərəfindən böyük kədərlə qarşılanıb.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights