İlon Maskın nəhəng raketi ilk dəfə orbitə çıxdı: Starship tarixində yeni mərhələ


ELAZ.İNFO xəbər verir ki, SpaceX-in Starship proqramında mühüm mərhələ geridə qalıb. Şirkətin nəhəng kosmik gəmisi ilk dəfə orbitə çatıb və uçuş zamanı 26 yeni nəsil Starlink peykini orbitə yerləşdirib.
28 sentyabr tarixli uçuş Starship-in 14-cü sınağı olub. Missiya əvvəlcə daha uzun müddət davam etməli idi, lakin uçuş zamanı mühərriklərdən birində yaranan problem səbəbindən proqram vaxtından əvvəl dayandırılıb. Buna baxmayaraq, kosmik gəmi orbitə çatmağı və peykləri buraxmağı bacarıb.
Uçuş SpaceX üçün xüsusi əhəmiyyət daşıyır. Çünki şirkət Starship-i gələcəkdə daha çoxsaylı və daha ucuz kosmik uçuşların əsas vasitəsinə çevirməyi planlaşdırır.
Bu missiyada istifadə olunan Starlink V3 peyklərinin əvvəlki nəsillərlə müqayisədə daha yüksək məlumat ötürmə imkanlarına malik olduğu bildirilir.
Missiyanın tam plan üzrə başa çatmaması isə proqramın qarşısında texniki problemlərin hələ də qaldığını göstərir. Lakin Starship-in ilk dəfə orbitə çıxması SpaceX-in uzunmüddətli kosmik planında mühüm texnoloji mərhələdir.
İlahə BAYINDIR





