ABŞ və Çin 60 milyard dollarlıq ticarət paketində tarifləri azaldır


ELAZ.İNFO xəbər verir ki, Vaşinqton və Pekin arasında ticarət münasibətlərində yeni addım atılıb. ABŞ və Çin qarşılıqlı olaraq təxminən 60 milyard dollar dəyərində məhsula tətbiq edilən tariflərin azaldılması istiqamətində razılaşma əldə edib.
Razılaşma kənd təsərrüfatı məhsulları və bəzi məişət malları da daxil olmaqla müxtəlif məhsul qruplarını əhatə edir. Reuters-in məlumatına görə, Çin ABŞ-dan idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına əlavə tarifləri azaltmağa razılaşıb, ABŞ isə Çin mənşəli bəzi mallar üzrə rüsumları aşağı salacaq.
Lakin bu, iki ölkə arasında bütün ticarət problemlərinin həll edildiyi anlamına gəlmir. Daha geniş ticarət razılaşmasının müddəti növbəti ilə keçirilib və əsas fikir ayrılıqları qalmaqdadır.
Xüsusilə ABŞ və Çin arasında texnologiya, nadir metallar, Tayvan və investisiya məsələləri üzrə fikir ayrılıqları davam edir.
Bununla belə, tariflərin müəyyən məhsullar üzrə azaldılması dünya iqtisadiyyatı üçün mühüm siqnal sayıla bilər. Çünki iki ölkə arasındakı ticarət gərginliyinin yumşalması qlobal təchizat zəncirlərinə və beynəlxalq bazarlara təsir göstərə bilər.
İlahə BAYINDIR





