Hindular və maorilər bu fikri ayaq üstə alqışladılar

ELAZ.İNFO xəbər verir ki, Ağ Evdə 10 yanvar tarixli brifinqdə Tramp Qrenlandiyaya iddialarını əsaslanırarkən dedi ki, “Danimarka nə əsasla adanı özününkü hesab edir? 500 il əvvəl Danimarka gəmilərinin ora yan alması əsas vermir ki, o özünü adanın sahibi hesab etsin. Mən əminəm ki, bizim də çox gəmimiz ora yan alıb”.

Maraqlı fikirlərdir. Məlumat üçün bildirim ki, Danimarkalıların gəmiləri Qrenlandiyaya ilk dəfə 500 yox, 1000 il əvvəl (X-XI əsrlərdə) yan alıblar. Hətta 500 il də götürsək, ondan əvvəl ABŞ gəmiləri Qrenlandiyaya yan ala bilməzdi, çünki o vaxt heç ABŞ yox idi.

…Və nəhayət, “500 il əvvəl Danimarka gəmilərinin ora yan alması əsas vermir ki, o özünü adanın sahibi hesab etsin.”

Hindular və maorilər bu fikri ayaq üstə alqışladılar.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights