Dünyanın ən böyük hərbi qüvvələrindən birinə malik olan Hindistan Silahlı Qüvvələrində mühüm rəhbərlik dəyişikliyi baş verib. Ordunun döyüş qabiliyyətinin artırılması və strateji hədəflərin icrası məqsədilə quru qoşunlarının komandanlığına yeni rəhbər təyin edilib.
ELAZ.İNFO xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrinin bütün şəxsi heyəti general Dhiraj Seti Quru Qoşunlarının Baş Qərargah rəisi vəzifəsini təhvil alması münasibətilə təbrik edib. O, bu postda Hindistan Ordusuna və millətinə göstərdiyi görkəmli xidmətlərdən sonra təqaüdə çıxan general Upendra Dvividini əvəz edib.
Hindistan hərbi rəhbərliyi və ordu mənsubları yeni Baş Qərargah rəisinə ölkə ordusunu daha böyük əməliyyat mükəmməlliyinə və yeni zirvələrə doğru aparmaq yolunda uğurlu fəaliyyət arzulayıblar.
Ruslan MƏMMƏDOV


