ELAZİNFO xəbər verir ki, Astarada əsgər yola salma mərasimi zamanı həmkəndlilər arasında yaranan mübahisə xəsarətlə nəticələnib.
Hadisə zamanı tərəflər arasında yaranan mübahisə böyüyüb və 1986-cı il təvəllüdlü şəxs digər iştirakçıya yumruqla xəsarət yetirib.
Hadisədən sonra zərərçəkən şəxsin şikayəti əsasında araşdırma başlanıb və insidentlə bağlı cinayət işi üzrə hüquqi qiymətləndirmə aparılıb.
Tərəflər barışıb
Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib. Tərəflərin sonradan barışdığı və zərərçəkənin şikayətinin olmadığı məlum olub.
Astara Rayon Məhkəməsi tərəflərin barışmasını nəzərə alaraq cinayət təqibinə xitam verib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub.
Hadisə ilə bağlı məlumatda tərəflərin adları şərti göstərilib.
İslam MAHMUDOV


