ELAZİNFO xəbər verir ki, Azərbaycanın enerji sektorunda bərpa olunan mənbələrdən elektrik istehsalı ilə bağlı diqqətçəkən göstərici açıqlanıb.
2026-cı ilin ilk yeddi ayında ölkədə külək elektrik stansiyalarının istehsalı 606 milyon kilovat-saat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22 dəfə çoxdur. Beləliklə, külək enerjisinin elektrik istehsalındakı həcmi əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib.
Günəş enerjisində də artım var
Hesabat dövründə günəş elektrik stansiyalarının istehsalı da yüksəlib. Yanvar-iyul aylarında günəş stansiyalarında 350,7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Bu sahədə illik artım 5 faiz təşkil edib. Su elektrik stansiyalarında isə istehsal 2 milyard 195,7 milyon kilovat-saat olub.
Ümumilikdə, ilin ilk yeddi ayında Azərbaycanda 15 milyard 172 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
İlahə BAYINDIR
Bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi Azərbaycanın enerji sektorunda son dövrdə diqqət çəkən istiqamətlərdən biri olaraq qalır.


