-“Piyadavurma hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir. Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır”.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev özünün sosial şəbəkə hesabında daha sonra yazır ki, “xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır. Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusunun nəticəsidir”.
Elşad Hacıyev piyadalara xitabən söyləyir ki, “hörmətli piyadalar, öz həyatınızı riskə atmayın!
Yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən keçin, diqqətli və məsuliyyətli davranın. Yolda təhlükəsizlik hər kəsin özündən başlayır”.
Günel GÜNTAC
