Keti Perridən Bakıya sevgi mesajı: Dünya ulduzu şəhərdən ayrılarkən nə yazdı?


ELAZ.İNFO xəbər verir ki, Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi təkcə yarış həvəskarlarını deyil, musiqi dünyasının məşhur adlarını da bir araya gətirdi. Sentyabrın 25-də şəhərdə səhnəyə çıxan dünya şöhrətli müğənni Keti Perri isə Bakı ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Sənətçi konsert proqramından görüntüləri sosial media hesabında yayımlayaraq paylaşımına qısa, amma diqqətçəkən bir cümlə əlavə edib: “Səni sevirəm, Bakı”.
Bu sözlər Bakının son günlər beynəlxalq musiqi və əyləncə tədbirlərinin əsas ünvanlarından birinə çevrilməsini də göstərir. Formula 1 həftəsində şəhərdə yarış proqramı ilə yanaşı, böyük konsertlər və müxtəlif əyləncə tədbirləri keçirilib.
Keti Perrinin Bakı səhnəsində çıxışı da həmin proqramın ən çox gözlənilən hissələrindən biri olub. Dünya pop səhnəsinin tanınmış simasının Azərbaycan paytaxtından xoş təəssüratlarını açıq şəkildə bölüşməsi isə sosial şəbəkələrdə ayrıca maraq yaradıb.
Bakı artıq yalnız yarışın keçirildiyi məkan deyil, həm də beynəlxalq musiqi və şou proqramlarının bir araya gəldiyi şəhər kimi təqdim olunur. Keti Perrinin paylaşımı da bu mənzərənin son görüntülərindən biri oldu.
İlahə BAYINDIR





