ELAZ.İNFO xəbər verir ki, dünən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 4 hərbi qulluqçusuna ali hərbi rütbələr verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2026-cı il tarixli Sərəncamına əsasən, general-mayor Babək Mürsəl oğlu Ələkbərov, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov və general-mayor Faiq Həmzəağa oğlu Məmmədova “general-leytenant” ali hərbi rütbəsi verilib.
Polkovnik Elfan Şakir oğlu Quliyev isə “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndi rəhbər tutulmaqla imzalanıb.
İlahə BAYINDIR


