Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Buzovna “Cümə” məscidini ziyarət edib

22.07.2026

​Dini abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində dövlət qayğısı davam edir.


​ELAZ.İNFO xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Buzovna qəsəbəsində yerləşən “Cümə” məscidini ziyarət edib.


​Məsciddə din xadimləri ilə keçirilən görüşdə tarixi-dini abidələrin təmir-bərpasının xalqımızın çoxəsrlik mədəni və mənəvi irsinin gələcək nəsillərə bütöv şəkildə ötürülməsi baxımından müstəsna əhəmiyyət taşıdığı vurğulanıb.
​Komitə sədri çıxışında qeyd edib ki, tarixi ibadətgahların öz orijinallığı saxlanılmaqla qorunması gənclərdə milli kimliyə bağlılıq, tarixi yaddaş və vətənpərvərvərlik hisslərinin aşılanmasında xüsusi rol oynayır.

Rusalan Məmmədov

👁 360
Teqlər: