​22 İyul – Milli Mətbuat Günü

ELAZ.İNFO 22 İyul – Milli Mətbuat Günü münasibəti ilə təbrik edir.

​1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə işıq üzü görən “Əkinçi” qəzeti milli təfəkkürün formalaşmasında, azərbaycançılıq məfkurəsinin təbliğində və cəmiyyətin maariflənməsində dönüş nöqtəsi olmuşdur. Azərbaycanın müasir media mühitində azad və müstəqil mətbuatın təməlini qoyan bu tarixi addım, bu gün də milli jurnalistikamızın əsas prinsipi olan həqiqətə, obyektivliyə və cəmiyyətə xidət dəyərlərini müəyyən edir.
​Müasir Azərbaycan dövlətində media infrastrukturu, söz və məlumat azadlığı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. İnformasiya müharibələrinin kəskinləşdiyi, dezinformasiya risklərinin artdığı hazırkı qlobal şəraitdə milli maraqlarımızın qorunması, operativ və dürüst xəbər axınının təmin edilməsi Azərbaycan mediasının üzərinə mühüm məsuliyyət qoyur.
​“ELAZ.İNFO” İnformasiya Agentliyi olaraq, milli mətbuatımızın şərəfli ənənələrinə sadiq qalaraq, hüquqi dövlət quruculuğu, şəffaflıq və peşəkar jurnalistika prinsipləri çərçivəsində fəaliyyətimizi əzmkar şəkildə davam etdiririk.
​22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin bütün media mənsublarını, dürüst xəbər peşəkarlarını və informasiya cəbhəsinin zəhmətkeşlərini samimiyyətlə təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar və yeni-yeni nailiyyətlər arzulayırıq.


​Hörmətlə,
“ELAZ.İNFO” İnformasiya Agentliyinin Kollektivi

Bizi izləyin və paylaşın