“SOCAR-da 20 minə yaxın insan işini itirib”

Ölkənin ən iri dövlət şirkətlərindən birində kütləvi ixtisarlar və struktur dəyişiklikləri ilə bağlı iddialar səsləndirilib.

ELAZ.İNFO xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə açıqlamasında SOCAR idarələrində ötən ildən başlayan ixtisarlar nəticəsində təxminən 20 minə yaxın insanın işsiz qaldığını bildirib.
​”Aşağılarda massiv ixtisar, yuxarıda yeni departamentlər”
​Təşkilat sədrinin sözlərinə görə, ixtisar prosesləri “optimallaşdırma” və “struktur dəyişikliyi” adı altında həyata keçirilib:
​“Elə variantlar qururlar ki, Dövlət Neft Şirkətinin işçilərinin ümumi sayında çıxarılanların real sayı hiss olunmur. Aşağılarda işləyənləri kütləvi ixtisar edib, yuxarı yerlərdə vəzifəlilərin sayını artırıblar. SOCAR baş ofisində, idarələrində yeni departamentlər yaradıblar. Baş ofisdə artıq 70-ə yaxın departament var”.
​Yaşlı işçilərə psixoloji təzyiq iddiası
​M.Qəhrəmanlı qeyd edib ki, rəsmi şəkildə 4 min işçinin ixtisar edildiyi bildirilsə də, onların apardığı hesablamalar fərqli mənzərəni ortaya qoyur:
​Təzyiqlə işdən çıxarma: Şirkətin müxtəlif idarə və müəssisələrində 50 və 60-dan yuxarı yaşı olan işçilərə psixoloji təzyiq göstərilərək öz ərizələri ilə işdən çıxarılıblar;
​İxtisara düşənlərin kontingenti: Bütün bu amillər nəzərə alındıqda ixtisar edilənlərin sayı 20 minə çatır və onların təxminən 90 faizini peşəkar kadrlar təşkil edir.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın