“Dilin fəlsəfəsi”

Tez-tez eşidirik ki, Sovetlər vaxtı Ana dilimiz təhdidlərlə üzləşib. Bəs müstəqillik dövründə dilimizin qorunması, inkişafı, maarifləndirmə, gələcək nəsillərə saf şəkildə ötürülməsi istiqamətində hansı işlər görülüb? AMEA-nın müxbir üzvü, professor Əliheydər Əliabbas oğlu Orucova (1905-1988) heykəl qoyulmalıdır. Bu böyük alimin rəhbərliyi və redaktəsi ilə Sovet hökuməti dövründə 4 cildlik fundamental “Azərbaycan dilinin izahlı lüğəti” çap olunub. 2006-cı ildə təkrar nəşrə hazırlanmış lüğətin cildləri 1966, 1980, 1983, 1987- ci illərin nəşrləri əsasında çap olunub.
Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfrans keçirilir. İndi əməli iş yoxdur. Konfranslarda dilimiz yada salınır. Bir neçə dəfə məsələ qaldırmışam ki, Universitetlərdə “Dilin fəlsəfəsi” fənni tədris olunmalıdır. Bu fənni filosoflar tədris etməlidirlər. Hələlik heç bir cavab yoxdur və olmayacaq. Çünki bütün məsələlər konfranslarda və iclaslarda “həll olunur”…

Etibar ƏLİYEV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights