ELAZ.İNFO xəbər verir ki, İran hökumətinin xarici işlər naziri Abbas Araqçi Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Abbas Araqçi və Hakan Fidan birgə keçirdiyi mətbuat konfransında bildiriblər ki, Tehran nüvə danışıqlarına yenidən başlamağa hazırdır.
Araqçinin sözlərinə görə, İran hökuməti heç vaxt nüvə silahı əldə etməyi hədəfləməyib və bu cür silahların ölkənin təhlükəsizlik hesablamalarında yeri yoxdur. O, nüvə proqramının sülhməramlı xarakter daşıdığını vurğulayaraq, bu istiqamətdə etimadın artırılmasına hər zaman açıq olduqlarını qeyd edib.
Mətbuat konfransında tərəflər regional proseslər və Türkiyə–İran əlaqələrinin gələcək perspektivlərini də müzakirə ediblər.
Aydan