Daha bir ailə dramı

ELAZ.İNFO xəbər verir ki, Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verən cinayət hadisəsi cəmiyyətdə rezonansa səbəb olub.

Hadisəni törədən Bəxtiyar Vəliyev polisə könüllü təslim olub. Ağır yaralanan Xumar Həsənli xəstəxanada həyatını itirib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Vəliyev xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına görə, Bəxtiyar Vəliyev həyat yoldaşı Xumar Həsənlinin telefonunda başqa bir şəxslə foto və videolarını gördükdən sonra onu öldürmək qərarına gəlib.Araşdırmalara əsasən, o əvvəlcədən bıçaq alaraq həyat yoldaşını işdən evə gətirib. Uşaqlar evə daxil olduqdan sonra avtomobildə aralarında yaranan mübahisə zamanı Xumar qaçmağa çalışsa da, Bəxtiyar ona çoxsaylı bıçaq zərbələri endirib.

Aydan

Bizi izləyin və paylaşın