Çin XİN Rəhbəri Van İ: Si Czinpinin ABŞ-yə Səfəri İkitərəfli Münasibətlərdə Yeni Nailiyyətlərə Yol Açdı

29.09.2026

Çinin Xarici İşlər Naziri Van İ Prezident Si Czinpinin ABŞ-yə üçgünlük rəsmi səfərini yekunlaşdırmasından sonra jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib ki, bu səfər Çin-ABŞ münasibətlərində yeni mühüm uğurların əldə olunması ilə nəticələnib.

ELAZ.İNFO xəbər verir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan Van İ, 23–25 sentyabr tarixlərində baş tutan səfərin nəticələrinə dair jurnalistlərə ətraflı məlumat verib.əfərin ən mühüm siyasi nəticəsi kimi Prezident Si Czinpin və Prezident Donald Trampın iki ölkə arasında qarşılıqlı hörmət, ədalət və birgə maraqlara söykənən ciddi və dayanıqlı münasibətlər modelini daha da dərinləşdirmək barədə razılığa gəlmələri göstərilib.

Çin XİN rəhbəri bildirib ki, Si Czinpin sabit iqtisadi-ticarət əlaqələri üçün əməkdaşlıq siyahısını genişləndirməyin və mövcud problemlər siyahısını qısaltmağın vacibliyini vurğulayıb. Van İ ABŞ tərəfini Çin şirkətlərinə ədalətli yanaşmağa və məsələləri dialoq yolu ilə həll etməyə çağırıb.

İki xalq arasında mübadiləni inkişaf etdirmək məqsədilə Prezident Si Czinpin növbəti 5 il ərzində 100 min amerikalı gəncin təhsil və təcrübə proqramları çərçivəsində Çinə dəvət olunacağını bəyan edib. Səfər zamanı hər iki dövlət başçısı beynəlxalq və regional məsələləri geniş müzakirə edərək, qlobal sülh və inkişafa töhfə vermək üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁10