Bütün Zamanların Ən Yaxşı Serialları Siyahısında…

Televiziya tarixində iz buraxmış ən yaxşı HBO layihələrinin reytinqi diqqət mərkəzində qalmaqda davam edir. Siyahının 31-ci pilləsində məşhur komediya serialı “The Comeback” qərarlaşıb.
ELAZ.INFO xəbər verir ki, baş rolda dünya şöhrətli aktrisa Liza Kudrounun çəkildiyi bu ekran işi şou-biznesin pərdəarxası reallıqlarını özünəməxsus üslubda tamaşaçılara təqdim edir. Serialda Liza Kudrou bir vaxtlar məşhur olmuş, lakin artıq unudulmaqda olan sitkom ulduzu Valeri Çeriş obrazını canlandırır. Televiziya ekranlarına yenidən qayıtmağa çalışan aktrisa bu prosesi lentə almaq üçün çəkiliş qrupunu həyatına dəvət edir.
Tənqidçilərin fikrincə, “The Comeback” eyni dərəcədə həm gülməli, həm də kədərli komediya nümunəsidir. Ekran işi məşhurluq mexanizminin necə işlədiyini və daim tamaşaçı diqqətinə möhtac qalmağın bir sənətçi üçün nə qədər ağır bədəli olduğunu çılpaqlığı ilə ifşa edir.
Ruslan MƏMMƏDOV 🖋️




