Beynəlxalq axtarışda olan məktəb direktoru Türkiyədən Azərbaycana gətirilir

Dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Azərbaycan vətəndaşı Sevinc Hüseynovanın ölkəmizə ekstradisiyası təmin edilib. Türkiyənin səlahiyyətli orqanları Azərbaycan Baş Prokurorluğunun bu barədə vəsatətinə müsbət cavab verib.

ELAZ.İNFO xəbər verir ki, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunda aparılan istintaq zamanı məktəb direktoru vəzifəsində çalışmış Sevinc Hüseynovanın qanunsuz əməlləri ifş olunub. Araşdırmalar nəticəsində onun xidməti mövqeyindən istifadə edərək bir neçə vətəndaşın ümumilikdə 69 min manat məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair əsaslı şübhələr yaranıb.

İstintaqdan yayınaraq xaricə qaçan S.Hüseynova barəsində beynəlxalq axtarış elan edilmişdi. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Türkiyə ərazisində saxlanılıb. Hazırda təqsirləndirilən şəxsin ölkəyə gətirilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Baş Prokurorluq bir daha bəyan edib ki, xaricdə gizlənən axtarışdakı şəxslərin müəyyən edilərək ədalət mühakiməsinə təslim edilməsi üçün İnterpol və digər tərəfdaş qurumlarla sıx əməkdaşlıq qətiyyətlə davam etdirilir.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights