Bakının su basma problemi: İqbal Ağazadədən göllərin bərpası təklifi

Paytaxtda yağıntılardan sonra yaranan infrastruktur böhranı və su basmalarına münasibət bildirən Ümid Partiyasının sədri İqbal Ağazadə problemin köklü həlli üçün fərqli bir yanaşma irəli sürüb.

ELAZ.İNFO xəbər verir ki, İqbal Ağazadə rəsmi qurumların drenaj və kanalizasiya xətləri ilə bağlı planlarının müvəqqəti xarakter daşıdığını vurğulayıb. İndi Bakıdakı su gölməçələrini yalnız drenaj sisteminin olmaması ilə əlaqələndirənlər bir məqama diqqət etsinlər ki, şəhərin təbii su hövzələri olan Masazır, Xırdalan, Qanlı göl və Yasamal gölləri qurudularaq yerində yaşayış binaları tikildiyi üçün yeraltı suların axacaq təbii yatağı qalmayıb.

Partiya sədri qeyd edib ki, su basmış çökək ərazilərdə göllər bərpa edilməyənə qədər atılan bütün texniki addımlar effektsiz olacaq. O, hökuməti bu ərazilərdə gölləri yenidən bərpa etməyə, onları dərinləşdirib ətrafında yaşıllaşdırma işləri aparmağa və hətta iaşə obyektləri üçün icarəyə verməklə problemin peşəkar həllinə çağırıb. Ağazadənin fikrincə, yağış sularının şəhəri iflic etməsi təbiət hadisəsi deyil, vaxtilə doldurulmuş göllərin və təbiətin mühəndislik səhvlərinə verdiyi cavabdır.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights