Masaj salonlarına xüsusi əməliyyat: 9 qadın istismardan xilas edildi

Türkiyənin Adana şəhərində hüquq-mühafizə orqanları tərəfindən iki ayrı spa və masaj salonunda qadınların zorla istismarına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

ELAZ.İNFO xəbər verir ki, Adana Polis İdarəsinin Əxlaq Bürosu tərəfindən keçirilən sinxron əməliyyat nəticəsində 9 türk qadınını məcburi əməyə və istismara cəlb etməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb. İndi masaj salonlarının yalnız sağlamlıq xidməti göstərdiyini düşünənlər bir məqama diqqət etsinlər ki, bu cür obyektlər bəzən mütəşəkkil cinayət qrupları tərəfindən qadınların hüquqlarının tapdandığı gizli mərkəzlərə çevrilir.

Məlumata görə, müəyyən edilmiş ünvanlarda aparılan axtarışlar zamanı xeyli miqdarda narkotik həb, 120 min lirə dəyərində qızıl, 42 min lirə nağd pul və müxtəlif rəqəmsal materiallar müsadirə edilib. Saxlanılan 12 nəfərdən 9-u məhkəmə tərəfindən həbs edilərək istintaq təcridxanasına göndərilib, 2 nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib, 1 nəfər isə sərbəst buraxılıb. Hazırda faktla bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights