Bakıda Formula 2 həyəcanı: Sprint yarışında qalib bəlli oldu

25.09.2026

ELAZ.İNFO xəbər verir ki, Bakıda sürət yarışı qızışır. Formula 1 Azərbaycan Qran-prisi çərçivəsində keçirilən Formula 2 sprint yarışında qalib müəyyənləşib.

“DAMS Lucas Oil” komandasının isveçli pilotu Dino Beqanoviç Bakı Şəhər Halqasında finişə hamıdan əvvəl çataraq sprint yarışının qalibi olub.

“Trident” komandasının niderlandlı pilotu Laurens Van Hoepen ikinci, “Rodin Motorsport” təmsilçisi Aleks Dann isə üçüncü yeri tutub.

Bakıdakı yarış həftəsonunda Formula 2 üzrə əsas mübarizə də davam edir. Günün proqramında Formula 1 üzrə sıralama turu da keçirilir.

Azərbaycan Qran-prisinin əsas yarışı isə 26 sentyabrda baş tutacaq.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın
👁39