Azərbaycanın iki boksçusu bu gün Avropa çempionluğu uğrunda döyüşəcək


Azərbaycan boksçuları bu gün Sofiyada böyük sınağa çıxır. Avropa çempionatının final günündə milli komandamızın iki üzvü qızıl medal uğrunda rinqə çıxacaq.
Nəbi İsgəndərov (70 kq) və Səidcəmşid Cəfərov (75 kq) Bakı vaxtı ilə saat 18:00-da final döyüşlərini keçirəcəklər.
Azərbaycan millisinin Sofiyadakı çıxışı artıq tarixə düşüb. Komanda turnirdə medal sayına görə yeni rekord müəyyənləşdirib. Bundan əvvəl isə Sübhan Mamedov (50 kq) finalda rusiyalı Bair Batlayevi 4:1 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
İndi diqqətlər Nəbi İsgəndərov və Səidcəmşid Cəfərova yönəlib. Onların final döyüşləri Azərbaycan boksunun Sofiyadakı uğurlu çıxışını daha da zənginləşdirə bilər.
İslam MAHMUDOV
17





